Kassa Orderi

müəssisənin, təşkilatın kassasından pul vəsaitinin verilməsi və ya əksinə qəbul edilməsi ilə bağlı kassa əməliyyatını təsdiq edən rəsmi pul sənədi.
Kassa Kitabı
Kassa Planı
OBASTAN VİKİ
Kassa aparatı
Kassa aparatı (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. == Tarix == Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Toskan orderi
Toskan orderi, yivli və kanelurlu olmayan sütunlara malik, tərkibində triqlif və qutta olmayan, sadələşdirilmiş dor modelinə uyğun bir quruluşa malik tərtibdir. Toskan orderi, üç memarlıq orderinin bir hissəsi deyil, ancaq standartlaşdırılmış bir rəsmi order olaraq təqdim olunur. Əsasən milliyətçiliyə əsaslanan İtalyan İntibahı dövrünün yazıçılarının ixtirasıdır. Bununla birlikdə, yuvarlaq başlı nisbətən sadə sütunlar İtaliyanın və ən azından Avropanın əksər hissəsinin Etrusk memarlığından bəri bağ memarlığının bir hissəsinə çevrilmişdir.